Modern.az

Koronavirusa görə məscidlər bağlandı

Koronavirusa görə məscidlər bağlandı

Aktual

4 Mart 2020, 15:04

Tacikistanda koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə məscidlər müvəqqəti bağlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Dini İşlər üzrə Komitə qərar verib.

 

Qeyd olunur ki, bu qərar preventiv xarakter daşıyır.

 

Xatırladaq ki, Covid-19 virusu 73 ölkədə yayılıb.

 

Çində 90 min yoluxma qeydə alınıb, ölənlərin sayı 3 minə yaxınlaşıb. Digər ölkələrdə isə 10 mindən çox yoluxma, 160-dan çox ölüm faktı qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı