Bu gün Ermənistan və Qazaxıstan prezidentinin görüşü olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Prezidentlər Avrasiya İqtisadi Birliyi və KTMT çərçivəsində əməkdaşlığı müzakirə edib. Ermənistan prezidenti müharibədən sonrakı dövrdə Ermənistanda və bölgədə yaranan problemlərə toxunub.
Tokayev Ermənistan hökumət nümayəndə heyətinin Qazaxıstana son səfərinin nəticələrini müsbət qiymətləndirib və müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yaxşı imkanların olduğunu bildirib.
Aysel Məhərrəm