Modern.az

Türkiyə Avropa çempionatına qələbə ilə gedir

Türkiyə Avropa çempionatına qələbə ilə gedir

Aktual

4 İyun 2021, 01:00

Futbol üzrə Türkiyə millisi Avropa çempionatı ərəfəsində son yoldaşlıq görüşünü keçirib. 

 

Modern.az xəbər verir ki, Almaniyada Moldovaya qarşı keçirilən qarşılaşma “ay-ulduzlular”ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Burak Yılmaz 58-ci, Cengiz Ünder isə 77-ci dəqiqələrdə vurub.

 

Bu, Türkiyə millisinin AVRO-2020 öncəsi üçüncü - sonuncu yoldaşlıq oyunu olub. Şenol Güneşin baş məşqçi olduğu kollektiv daha əvvəl Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəlib və Qvineya ilə heç-heçə edib - 0:0.

 

Qeyd edək ki, “ay-ulduzlular” Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək.

 

Türkiyə millisi daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı