"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir.
Modern.az xəbər verir ki, paralimpiadanın üçüncü günündə - avqustun 27-də Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
İdmançılarımızdan 4-ü paracüdo, 1-i üzgüçülük və digər 1-i isə pauerliftinq yarışlarında güclərini sınayacaqlar.
Paraçüdoçularımızdan Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) - Recep Çiftçi (Türkiyə) cütünün qalibi, Namiq Abaslı (66 kq) Bannon İbanes (İspaniya) - Luis Peres (Puerto-Riko) cütünün qalibi ilə qarşılaşacaq.
Qadın paracüdoçularımızdən Şəhanə Hacıyeva (48 kq) Şuzika Hanqai, Bəsti Səfərova (52 kq) isə Yui Fucivara (hər ikisi Yaponiya) ilə üz-üzə gələcəklər.
Paralimpiyaçımız Raman Saleh 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında çıxış edəcək.
Paralimpiya çempionu və komandamızın "Tokio-2020"nin açılış mərasimdə bayraqdarı atlet Oloxan Musayev nüvə itələmə yarışında medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.