Modern.az

Koronavirus dünyanı qəhvəsiz qoydu

Koronavirus dünyanı qəhvəsiz qoydu

Aktual

27 Avqust 2021, 22:43

Vyetnamda koronavirusun "Delta" ştamının yayılmasını nəzarət altına almaq üçün tətbiq edilən ciddi məhdudiyyətlərə görə qəhvə tədarükü çətinləşib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

 

Vyetnam dünyanın ikinci ən böyük qəhvə istehsalçısıdır. Hökumət yoluxanların sayının artmasına görə ölkədə karantin tətbiq edib.  

 

İxracatçılar qəhvəni limana nəql etməkdə çətinlik çəkirlər. Bundan başqa şirkətlər konteyner çatışmazlığı və yük nisbətlərinin artması kimi digər maddi-texniki problemlərlə də üzləşib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı