Modern.az

Axtarışda olan 51 nəfər saxlanıldı

Axtarışda olan 51 nəfər saxlanıldı

Aktual

31 Avqust 2021, 14:00

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı