ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edəcək.
Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya Minsk Qrupu həmsədrlərinin mövcud mandat əsasında Qarabağ tənzimlənməsi üzrə işinin fəallaşdırılmasını dəstəkləyir:
"Həmsədrlər Bakı ilə Yerevan arasında etimadın yüksəldilməsinə kömək göstərə bilər. Minsk Qrupunun yeni həmsədri regionu səfər edəcək".