Modern.az

ABBA qrupu yeni albom buraxacaq

ABBA qrupu yeni albom buraxacaq

Aktual

2 Sentyabr 2021, 21:28

Ötən əsrin 70-80-ci illərində fəaliyyət göstərən dünyaca məşhur ABBA musiqi qrupu yeni albom buraxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə qrup özünün “Twitter” hesabında yazıb.

 

10 yeni mahnının yer alacağı “Voyage” adlı albom noyabrın 5-də dinləyicilər üçün əlçatan olacaq.

 

1970-1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvartetinin adı qrup üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılıb. Qrup 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı