Modern.az

İlham Əliyev və xanımı Bakıda sərginin açılışına qatılıb

İlham Əliyev  və xanımı Bakıda sərginin açılışına qatılıb

Aktual

28 Noyabr 2012, 14:46

Prezident İlham Əliyev I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri ilə tanış olub. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,  Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılıb.Sərgidə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştrak ediblər.

Dövlət başçısına və xanımına məlumat verilib ki, I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilib. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunub.

Diqqətə çatdırılıb ki, gənclər təşkilatlarının IV Respublika sərgisi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunub “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda, gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunub. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış olublar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı