Modern.az

Şahin Mustafayev Türkiyə rəsmilərilə görüşdü 

Şahin Mustafayev Türkiyə rəsmilərilə görüşdü 

Aktual

29 Dekabr 2021, 16:55

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev qəbul edib.

 

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ölkəmizdə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı