Modern.az

Naftalanda qazilərə medallar verildi

Naftalanda qazilərə medallar verildi

Aktual

31 Dekabr 2021, 11:50

Naftalanda ŞİH-nin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Naftalan şəhəri üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə ŞİH başçısının müavini ilk olaraq iştirakçıları 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqları vurğulayıb.

 

Sonda Şəhid ailəsinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub, iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı