Xəbər verdiyimiz kimi, Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili deyib ki, onun gürcü müğənnisi Sofiya Nijaradzedən nikahdankənar Elis Mariya adlı bir qızı var.
Bu etirafı M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
Modern.az xəbər verir ki, eks-prezidentin qızı ilk dəfə “Mtavari Arkhi” telekanalında yayımlanan Yeni il konsertində səhnəyə çıxıb.
Saakaşvili oktyabrda Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko ilə münasibətdə olduğunu bildirib. Keçmiş prezident 1993-cü ildən rəsmi olaraq Sandra Rulofs ilə evlidir. Cütlüyün iki övladı var - Eduard və Nikoloz.
M.Saakaşvilinin nikahdankənar qızı Elis Mariyanın şəklini təqdim edirik:
