Modern.az

Dumanlı hava şəraiti ilə bağlı AÇIQLAMA

Dumanlı hava şəraiti ilə bağlı AÇIQLAMA

مورد توجه

1 Yanvar 2022, 22:02

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub.

 

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı