Modern.az

Səfirlikdən Qazaxıstanda yaşayan azərbaycanlılara TÖVSİYƏ

Səfirlikdən Qazaxıstanda yaşayan azərbaycanlılara TÖVSİYƏ

Aktual

5 Yanvar 2022, 15:17

"Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat gəlməyib".

 

Bu barədə Modern.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırda Almatı, Aktau, Aktoba şəhərlərində vəziyyətin hələ də gərgin olduğu, paytaxt Nur-Sultan şəhərində isə nümayiş və mitinq keçirilmədiyi, vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.

 

Səfirlik həmçinin Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına izdiham toplandığı yerlərdən uzaq durmağı, evdən çıxmamağı, lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyi də tövsiyə edib.

 

Bununla yanaşı, səfirlik mövcud vəziyyətin Qazaxıstandakı azərbaycanlı diaspor rəhbərləri ilə müzakirə etdiklərini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı