Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin tərkibində Qazaxıstana 70-ə yaxın əsgər göndərib.
Modern.az xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb.
Söhbət Qazaxıstanda kütləvi etirazlar fonunda kontingentin tərkibində strateji obyektlərin mühafizəsini təmin edəcək 70-ə yaxın hərbçidən gedir.
Eyni zamanda, Belarusdan hərbi qüvvənin gedəcəyi də təsdiqlənib.