Modern.az

Qohumlar arasında dava ölümlə BİTDİ

Qohumlar arasında dava ölümlə BİTDİ

Актуально

10 Yanvar 2022, 09:40

Yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xaçmaz rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə  zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.


Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı