Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksi yenidən qurulur.
Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, yeni layihə əsasında yenidənqurma və tikinti işləri aparılan Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksində olub.
İcra Başçısı işlərin təqdim olunan layihəyə və memarlıq-arxitektura tələblərinə uyğun aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini bildirib.