Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatıda iğtişaşlarda iştirak edən 2748 nəfəri saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat verib.
Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. İğtişaşlar zamanı minlərlə insan xəsarət alıb, ölənlər var. Qazaxıstan rəhbərliyinin məlumatına görə, konstitusiya hüququ bərpa olunub