Modern.az

Çobanın minaya düşməsi ilə bağlı rəsmi məlumat

Çobanın minaya düşməsi ilə bağlı rəsmi məlumat

مورد توجه

18 Yanvar 2022, 22:10

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Goranboy Rayon Prokurorluğundan Modern.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.

 

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı