Modern.az

"Xüsusi şöbə erməni cinayətlərini araşdırır" 

Aktual

20 Yanvar 2022, 11:37

“Ermənilərin Qarabağda törətdiyi cinayətlərlə bağlı işlər gedir”.

 

Modern.az-ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev bildirib.

 

Baş Prokuror bildirib ki, Hərbi Prokurorluqda da xüsusi şöbə bütün bu işlər, erməni cinayətləri ilə bağlı cəmləşib:

 

“Bütün hallar tərəfimizdən rəsmiləşdirilir, sübutlar toplanılır. Bunlardan beynəlxalq məhkəmələrə müraciət edəndə də istifadə ediləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı