Modern.az

Azərbaycanda bir dəqiqəlik SÜKUT

Azərbaycanda bir dəqiqəlik SÜKUT

Aktual

20 Yanvar 2022, 12:02

20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, gəmilər, avtomobillər və qatarlar sükutla əlaqədar səs siqnalları verib.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı