20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi Neftçalada da anılıb. Anım tədbirində Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.
Modern.az xəbər verir ki, tədbir çərçivəsində şəhərin mərkəzində yaradılan Şəhidlər Abidə Kompleksi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarları ziyarət edilib, gül dəstələri düzüblər və ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə görüşən RİH başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verilib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək şəhid ailələri adından Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.