Modern.az

Saakaşvilinin məhkəməsi yenə təxirə düşdü

Saakaşvilinin məhkəməsi yenə təxirə düşdü

Aktual

26 Yanvar 2022, 17:03

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi fevralın 9-dək təxirə salınıb.

 

Modern.az xəbər verir ki, prosesin təxirə salınmasına səbəb məhkəmədə iştirak edənlərdən üçünün koronavirusa yoluxmasıdır.  

 

“Bu cinayət işinə baxılması yekunlaşmaq üzrədir. Məhkəmənin müdafiə tərəfinin sübutlarını dinləməsi və öyrənməsi qalır”, - vəkili deyib.

 

Qeyd edək ki, Saakaşvili 2014-cü ildə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur. Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, bu məbləğin əhəmiyyətli hissəsi 2009-2012-ci illərdə eks-prezidentin şəxsi ehtiyaclarına, xüsusən də xarici aşpazların, masajçıların, kosmetoloqların və dizaynerlərin xidmətlərinin ödənilməsinə xərclənib.

 

Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, bunlardan ikisində qiyabi olaraq üç və daha altı il həbs cəzası alıb. Keçmiş prezident Gürcüstana 2021-ci il oktyabrın əvvəlində ölkədə keçirilən bələdiyyə seçkilərinin birinci turuna az qalmış gəlib, bundan sonra saxlanılaraq həbsxanaya aparılıb. Ötən il oktyabrın 20-də Saakaşvili sərhədi qanunsuz keçməkdə ittiham olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı