Modern.az

Təhsil Nazirliyi GDU-da görüş keçirib - FOTO

Təhsil Nazirliyi GDU-da görüş keçirib - FOTO

Aktual

27 Yanvar 2022, 12:04

Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib.

 

GDU-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində Respublika Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təbliği ilə əlaqədar tələbələrlə görüş keçirib.

 

Görüşü giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, deputat  Pərvin Kərimzadə açaraq Dövlət Proqramının əhəmiyyətindən danışıb.

 

Sonra Təhsil Nazirliyinin müvafiq Dövlət Proqramı ilə məşğul olan əməkdaşları Turan Topalova, Tərlan Abbasova və Günay Mustafayeva çıxış edərək Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilindən və beynəlxalq ikili diplomun  üstünlüklərindən danışmış, xaricdə təhsil qaydaları,qəbul şərtləri, qəbul olunduqdan sonra tələbələrin qarşısında duran vəzifələr, həmçinin təhsil xərcləri ilə bağlı məsələlərə aydınlıq gətirmişlər. Diqqətə çatdırılmışdır ki, ölkə başçısının göstərdiyi bu qayğı hər bir gənc üçün əlçatandır və bütün tələbələr yaradılan bu şəraitdən yararlana bilərlər. 

 

Görüşün sonunda Təhsil Nazirliyinin nümayəndələri tələbələri maraqlandıran suallara cavab veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı