Modern.az

Qırğızıstan-Tacikistan sərhədində atışma - 17 yaralı, 1 ölü (YENİLƏNİB)

Qırğızıstan-Tacikistan sərhədində atışma - 17 yaralı, 1 ölü (YENİLƏNİB)

Aktual

27 Yanvar 2022, 21:55

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistan tərəfdən bir nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

 

Bundan əlavə toqquşma nəticəsində Tacikistanda 11 nəfər yaralanıb. Onlardan üçü mülki şəxs, qalanı hərbçidir.

 

Qırğızıstanın Səhiyyə Nazirliyindən isə bildirilib ki, atışmada 6 hərbçiləri xəsarət alıb.

 

***

20:46

 

"Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

 

Hazırda sərhəddə atışma davam edir.

 

Məlumata görə, Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.

 

Bundan əlavə, sərhəddəki atışma nəticəsində bir nəfərin öldüyü, 6 hərbçinin yaralandığı deyilir. Yaralıların hamısı Tacikistan vətəndaşlarıdır.

 

***

19:10

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, Tacikistan tərəfi sərhədçilərə minaatan və qumbaraatanlardan atəş açıb.

 

Bundan əvvəl Qırğızıstan tərəfi Tacikistan sərhədçilərinin Batken-İsfana yolunun bir hissəsini bağlaması barədə məlumat vermişdi.

 

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində mübahisəli ərazilər qalıb. Demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi üzrə komissiya və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Lakin indiyədək iki ölkənin sərhədində tez-tez atışmalar yaşanır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı