Modern.az

Evini tərk edən COVID-19 xəstəsi SAXLANILDI

Evini tərk edən COVID-19 xəstəsi SAXLANILDI

Aktual

28 Yanvar 2022, 08:43

Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az verilən məlumata görə, Hacıqabul rayonu Atbulaq kənd sakini Elgün Baxşəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

 

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib. 

 

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı