Modern.az

Pakistanda terrorçularla atışma: 10 əsgər öldü

Pakistanda terrorçularla atışma: 10 əsgər öldü

Aktual

28 Yanvar 2022, 09:51

Pakistan ordusunun 10 hərbçisi ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Dawn” nəşri məlumat yayıb.

 

Terrorçular Keç ərazisində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Gərgin atışma zamanı 10 əsgər həlak olub, bir terrorçu öldürülüb.

 

Qeyd edək ki, 2021-ci ilin sonundan etibarən Bəlucistanda vəziyyət gərgin olaraq qalır. Terrorçuların hücumları Çinin “Bir kəmər-bir yol” qlobal layihəsinin əsas obyektlərindən biri hesab edilən Bəlucistanda yerləşən Qvadar dəniz limanının, eləcə də Pakistanda tikilən digər iqtisadi obyektlərin təhlükəsizliyinə təhdid yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı