Modern.az

Ölkə üzrə yoluxma STATİSTİKASI

Ölkə üzrə yoluxma STATİSTİKASI

Aktual

28 Yanvar 2022, 10:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

 

Modern.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür.

 

Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.

 

Qeydə alınan koronavirus xəstələrinin 0,5 %-i ölkə xaricindən gələnlərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı