Modern.az

Qar uçqununda ölənlərin sayı artdı

Qar uçqununda ölənlərin sayı artdı

Aktual

6 Fevral 2022, 08:58

Alp dağlarının Avstriyaya aid hissəsində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, son günlər Avstriyanın Tirol əyalətinin İsveçrə ilə həmsərhəd rayonlarında qar uçqunlarından ölənlərin sayı səkkiz nəfərə çatıb. Dörd nəfər isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, fevralın 4-5-də regiondakı hava şəraiti çox sayda qar uçqunlarının baş verməsinə səbəb olub. Tirol əyalətinin Qar Uçqunu Xəbərdarlıq Xidmətinin ekspertlərinin rəyinə görə, uçqun təhlükəsi qarşıdakı günlərdə də davam edəcək. Buna səbəb bir tərəfdən günəşli havadan yararlanaraq dağ-xizək mərkəzlərinə üz tutanların sayının çox olması, digər tərəfdən də məhz günəşli havanın qar kütlələrinin qismən əriyərək sürüşmə və uçqunlar törətməsidir.

 

Son həftələrdə yağan güclü qar və külək isə qar kütləsini həssas təbəqə halına gətirib. Qeyri-sabit ərazilərdə insanların hərəkəti həmin qar kütlələrinin sürüşməsinə və faciələrin baş verməsinə səbəb olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı