Modern.az

Türkiyədə avtobus qəzası: yaralılar var

Türkiyədə avtobus qəzası: yaralılar var

Güncel

6 Fevral 2022, 13:53

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

 

Modern.az "Haber Global"a istinadla xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

 

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı