Modern.az

“Donetsk və Luqansk suverən dövlətdir” - Peskov

“Donetsk və Luqansk suverən dövlətdir” - Peskov

Актуально

9 Mart 2022, 15:07

Krım Rusiyanın bölgəsidir, de-fakto və de-yure tanınmalıdır, Donetsk və Luqansk (LPR və DXR) respublikalarına gəldikdə isə bunlar suveren dövlətlərdir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Qeyd edək ki, bundan əvvəl Prezident Volodimir Zelenski Amerikanın “ABC” telekanalına müsahibəsində Ukraynanın NATO-ya daxil olması məsələsində soyuduğunu, çünki alyansın ölkəni qəbul etməyə hazır olmadığını başa düşdüyünü bildirib. Həmçinin, Krımın və Donbass respublikalarının tanınmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski bu məsələni müzakirə etmək və insanların bu ərazilərdə sonrakı yaşaması ilə bağlı kompromis tapmağın mümkünlüyünü açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı