Bu gün QHT Əməkdaşlıq Alyansı və Azərbaycan Respublikası Prezidenti yanında Sosial Xidmətlər və İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) arasında tanışlıq və əməkdaşlıq görüşü keçirilib.
Alyansın üzvlərini salamlayan ASAN-ın rəhbəri İnam Kərimov QHT rəhbərlərinə ASAN-ın əhaliyə göstərdiyi xidmət haqqında məlumat verib. Daha sonra İnam Kərimov QHT Əməkdaşlıq Alyansı ilə əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi edərək, QHT rəhbərlərinin suallarına cavab verib.
Alyansın həmsədri Rufiz Qonaqov ASAN-la QHT-lərin əməkdaşlıqda maraqlı olduğunu, belə görüşlərin mütəmadi keçirilmə zəruriliyini bildirib. Alyansın digər həmsədri Yadigar Məmmədli QHT-lərin vacib saydığı bir sıra təklifləri səsləndirib. Daha sonra ASAN rəhbərliyi və Alyans üzvləri xidmətin iş şəraiti görülən işlər və personalla yaxından tanış olublar.

Modern.az