Modern.az

Koronavirusdan ölüm cəmi 3 faiz azalıb - ÜST

Koronavirusdan ölüm cəmi 3 faiz azalıb - ÜST

Aktual

2 İyun 2022, 12:44

Ötən həftə ərzində 3,3 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox pasiyent vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.

 

Bildirilib ki, mayın 23-dən 29-dək yoluxma hallarının sayı əvvəlki yeddi günün göstəricisi ilə müqayisədə 11 faiz, ölüm hallarının sayı 3 faiz azalıb.

 

Məlumata görə, həftə ərzində ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (736.298). Sonrakı yerləri Çin (576.367), Avstraliya (294.128), Yaponiya (203.365) və Almaniya (183.844) tutub.

 

Bundan əlavə, son yeddi gün ərzində ən çox ölüm halları ABŞ-da aşkarlanıb (2.461). Növbəti yerlərdə Braziliya (826), İtaliya (624), Rusiya (605) və Çin (578) qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı