Avqustun 5-də Kəlbəcər rayonunda ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu Naxçıvan Muxtar Respublikasının sakini olub.
Leytenant Babək Əliyev 1997-ci ildə Naxçıvanın Ləkətağ kəndində anadan olub.
Modern.az Oxu.az-a istinadən xəbər verir ki, B.Əliyev hərbi liseyi bitirdikdən sonra 2020-ci ildən bölük komandiri kimi xidmətini davam etdirib.
Üç bacının bir qardaşı olan Babək Əliyev nişanlı imiş...