Modern.az

Estoniya Rusiyanı terrorçu ölkə kimi tanıdı

Estoniya Rusiyanı terrorçu ölkə kimi tanıdı

Aktual

18 Oktyabr 2022, 15:00

Estoniya parlamenti Rusiyanı terrorçu rejimli ölkə elan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında dərc olunmuş bəyanatda deyilir.

 

"Bu gün parlamentdə Ukrayna ərazisinin ilhaqını pisləyən və Rusiya rejimini terrorçu elan edən bəyanat qəbul edib”, - məlumatda qeyd olunub.

 

Bildirilib ki, Estoniya Ukraynanın ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacaq və işğalçılıq cinayətində təqsirli olan şəxslərə qarşı hüquqi prosedurların aparılmasını zəruri hesab edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı