Modern.az

Ermənistan və Hindistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Ermənistan və Hindistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Aktual

15 Dekabr 2022, 09:48

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfəri çərçivəsində hindistanlı həmkarı Subramanyam Caişankar ilə görüşüb, ona Laçın yolundakı vəziyyətdən danışıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
 

Ararat Mirzoyan Hindistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində keçirilən “İslah edilmiş çoxtərəfliliyin yeni istiqaməti” adlı nazirlərin görüşündə iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.


Həmsöhbətlər Ermənistan və Hindistan arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələləri də müzakirə edib və Ermənistan-Hindistan münasibətlərinin inkişaf dinamikasından məmnunluq ifadə ediblər. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti vurğulanıb.


Tərəflər beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini nəzərdən keçiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı