Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament və prezident seçkilərinin təxirə salınmasını istəmir.
Modern.az xəbər verir ki, bu barədə BBC nəşri partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, AKP-də seçkilərə hazırlıq prosesi davam edir. "Lazımi texniki infrastruktur hazırlansa, mayın 14-də seçki olacaq", - deyə mənbə bildirib.
Xatırladaq ki, Türkiyədə parlament və prezident seçkiləri iyunun 18-də keçirilməlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsini təklif etmişdi. Lakin ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salına biləcəyi barədə məlumatlar yayılıb.
Akif İsmayılov