Xəbər verdiyimiz kimi, bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini Helqa Maria Şmid iştirak ediblər.
Modern.az bildirir ki, plenar iclasda Paşinyanın qəribə hərəkətləri diqqət çəkib. Erməni baş nazirin anormal davranışları sosial şəbəkələrdə gülüş predmetinə çevrilib. Hətta erməni istifadəçilər də Paşinyanı ələ salaraq, onun ölkə liderinə xas olmayan hərəkətlərini qınayıblar.