Modern.az

Zəlzələdən qorxuya düşən qadın fəryad etdi: “Öldülər...” - VİDEO

Zəlzələdən qorxuya düşən qadın fəryad etdi: “Öldülər...” - VİDEO

Aktual

20 Fevral 2023, 22:45

Türkiyənin Hatay vilayətində baş verən güclü zəlzələ əhalini təşvişə salıb.

 

Modern.az xəbər verir ki, yerlatı təkanlar nəticəsində bir neçə binanın dağıldığı, uçqun altında qalanların olduğu bildirilir.

 

Sosial şəbəkələrdə yayılan bir videoda zəlzələdən qorxuya düşən qadının "öldürlər" deyə fəryad etməsi anı əksini tapıb. Ard-arda güclü zəlzələlərlə üzləşən yerli sakinlər sözün əsl mənasında ölüm-dirim mübarizəsi aparırlar.

 

Bugünkü zəlzələ zamanı ölənlərin olması barədə hələlik rəsmi açıqlama verilməyib.

 

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə, ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı