İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general İsmayıl Qaaninin Suriyada öldürüldüyü deyilir.
Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.
İddialara görə, general İsrailin hava hücumları nəticəsində həlak olub. İran tərəfi hələlik iddialara münasibət bildirməyib.
Qeyd edək ki, İsmayıl Qaani İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin keçmiş rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra onun yerinə təyin olunmuşdu.