Modern.az

70 avtomobil aksiya yerindən maneəsiz keçib

70 avtomobil aksiya yerindən maneəsiz keçib

Aktual

5 Mart 2023, 01:05

Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

 

Modern.az xəbər verir ki, martın 4-də Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, tibbi maşın və minik avtomobilinin də olduğu 61 nəqliyyat vasitəsi yolun hər iki istiqamətində maneəsiz gedib-gəlib. Bundan əlavə, BQXK-yə məxsus 2 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 7 nəqliyyat vasitəsi geri qayıdıb. Beləliklə, gün ərzində 70 avtomobil Laçın-Xankəndi yolundan keçib.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı