Modern.az

Şəhidimiz Tovuzda dəfn ediləcək 

Şəhidimiz Tovuzda dəfn ediləcək 

Aktual

5 Mart 2023, 22:13

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Modern.az-ın məlumatına görə, 22 yaşlı Eşqin Hüseynov Tovuz rayonunun Hunanlar kəndində anadan olub.

 

Şəhid hərbçimiz sabah doğma kəndində son mənzilə yola salınacaq. 

 

Məlumata görə, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Şuşada xidmət edirdi. Eşqin Hüseynov subay olub, bir qardaş və bir bacısı var. Qardaşının da hərbçi olduğu deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı