Modern.az

İmamoğlu və Yavaş barədə razılıq əldə olunub 

İmamoğlu və Yavaş barədə razılıq əldə olunub 

Aktual

6 Mart 2023, 22:58

Xəbər verdiyimiz kimi, Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi CHP lideri Kamal Kılıçdaroğlu olacaq.

 

Modern.az-ın məlumatına görə, 6 müxalif partiyadan ibarət "Altılı Masa" bu gün keçirilən iclasda 12 bənddən ibarət sənəd barədə razılığa gəlib.

 

Sənədin sonuncu bəndində bildirilir ki, müxalifət seçkilərdə qalib gələcəyi təqdirdə, Ankara və İstanbul şəhərlərinin bələdiyyə sədrləri Mansur Yavaş və Ekrem İmamoğlu vitse-prezident təyin ediləcəklər. Onların nə vaxt təyin ediləcəyini prezident müəyyən edəcək.

 

Qeyd edək ki, İYİ partiyanın sədri Meral Akşener ötən həftə Kılıçdaroğlunun namizədliyinə razılıq verməmiş, onun yerinə Yavaş və ya İmamoğlunun namizədliyini irəli sürmüşdü. Bu gün o, bələdiyyə sədrlərinin vitse-prezident təyin edilməsi şərtilə Kılıçdaroğlunun namizədliyini dəstəkləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı