Modern.az

Dağda qarölçmə işləri aparılır - FOTOLAR

Dağda qarölçmə işləri aparılır - FOTOLAR

Aktual

13 Mart 2023, 13:27

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.

 

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Modern.az-a bildirib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.

 

"Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir."

 

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLARYüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLARYüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı