Modern.az

Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb

Aktual

13 Mart 2023, 14:28

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı