Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.
Bildirilib ki, keçirilən tədbir zamanı Qarasuqumlaq və Mürsəl kəndi ərazisində ümumi çəkisi 3 ton 450 kiloqram olan 2124 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.