Modern.az

Lerikin kəndlərinə işığın verilməsi DAYANDIRILACAQ

Lerikin kəndlərinə işığın verilməsi DAYANDIRILACAQ

Aktual

7 Aprel 2026, 09:06

Bu gün Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq.

Modern.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar saat 10:00-dan 13:00-a qədər Lerik rayonunun Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı