Modern.az

Bakının Baş planı: sakinləri hansı yeniliklər gözləyir?

Bakının Baş planı: sakinləri hansı yeniliklər gözləyir?

Aktual

Bu gün, 12:02

Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi ölkənin dayanıqlı şəhər transformasiyası, beynəlxalq əməkdaşlıq və innovativ şəhərsalma yanaşmalarına sadiqliyinin göstəricisidir.

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən   Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Bakı Şəhəri Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və memarlıq milli inkişaf gündəliyinin əsas prioritetlərindən birinə çevrilib. 

“Bu yanaşma 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə daha da gücləndirilib”.

R.Qasımovun sözlərinə görə, BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq:

“Bu səbəbdən torpaq istifadəsi, infrastruktur, nəqliyyat, ictimai məkanlar və ekoloji idarəetmə ilə bağlı bu gün qəbul edilən qərarlar gələcək nəsillərin həyatına birbaşa təsir göstərəcək”.

O bildirib ki, müasir şəhərsalma artıq yalnız ənənəvi zonalaşdırma və tikinti siyasəti ilə məhdudlaşa bilməz: “Şəhərsalma insan mərkəzli, iqlimə həssas və məlumat əsaslı kompleks idarəetmə prosesinə çevrilməlidir”.

R.Qasımov qeyd edib ki, Bakı Baş Planı 2040 məhz bu yanaşma əsasında hazırlanıb və paytaxtın uzunmüddətli strateji inkişaf çərçivəsini müəyyənləşdirir.

“Baş plan Bakını sadəcə böyüyən metropol deyil, daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal şəhər kimi formalaşdırmağı hədəfləyir. Planın əsas prioritetlərindən biri şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsidir. Bu çərçivədə parkların, piyadalar üçün əlverişli məkanların, sosial infrastrukturun və ictimai xidmətlərin inkişafına xüsusi diqqət ayrılır.

Bundan əlavə, Baş plan çərçivəsində Mərkəzi Parkın genişləndirilməsi, yeni sahilyanı ərazilərin yaradılması, şəhər bulvarı və istirahət zonalarının inkişafı, məhəllə infrastrukturunun yenilənməsi kimi layihələr daha rahat və yaşana bilən şəhər mühitinin formalaşdırılmasına xidmət edir”.

R.Qasımov onu da əlavə edib ki, Bakı kimi sahilyanı şəhərlər ciddi ekoloji və iqlim çağırışları ilə üzləşir. Bu baxımdan baş plan yaşıl şəhərsalma, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsiplərini özündə birləşdirir.

Onun sözlərinə görə, yaşıl zonaların artırılması, hava keyfiyyətinin yaxşılaşdırılması, bərpa olunan enerji həllərinin təşviqi və şəhər ekologiyasının gücləndirilməsi əsas istiqamətlərdəndir:

“Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq tərəfdaşlarla birlikdə milli yaşıl bina proqramlarının hazırlanması istiqamətində də irəliləyir”.

R.Qasımov nəqliyyat məsələsinin də baş planın əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

“Baş plan ictimai nəqliyyatın inkişafı, multimodal əlaqələrin gücləndirilməsi, tıxacların azaldılması və yaşayış, kommersiya, istirahət zonaları arasında inteqrasiyanın artırılmasını prioritet hesab edir. Məqsəd yalnız hərəkəti asanlaşdırmaq deyil, insanların daha az vaxtını yolda keçirdiyi balanslı şəhər modeli yaratmaqdır”.

O həmçinin vurğulayıb ki, Bakının zəngin tarixi-mədəni irsinin qorunması da əsas prioritetlərdəndir: 

“Şəhərin modernləşdirilməsi ilə yanaşı, onun memarlıq kimliyinin və tarixi irsinin qorunması fundamental məsuliyyət olaraq qalır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı