Modern.az

İspaniya polisi 66 Gürcüstan vətəndaşını saxladı

İspaniya polisi 66 Gürcüstan vətəndaşını saxladı

Мир

5 Aprel 2019, 00:56

Gürcüstan və İspaniya hüquq mühafizə orqanlarının əməkdaşları Barselonada 66 Gürcüstan vətəndaşını saxlayıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilib ki, "Merlin-Taka" adı altında keçirilən genişmiqyaslı əməliyyatda 250 hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Nəticədə 100 nəfərə yaxın şəxs saxlanılıb.

 

Əməliyyat əsasən Barcelonada kriminal qruplaşmaların yerləşdiyi məktəbdə aparılıb. Saxlanılan şəxslərin 66-sı Gürcüstan vətəndaşlarıdır. Onlardan 25-i oğurluqda, 41 nəfəri isə miqrasiya ilə bağlı qanunları pozmaqda şübhəli bilinərək saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı