Modern.az

İran dron istehsalını artırıb - CNN

İran dron istehsalını artırıb - CNN

Dünya

Bu gün, 13:28

İran aprelin əvvəlində qüvvəyə minən atəşkəs dövründə bəzi pilotsuz uçuş aparatlarının istehsalını yenidən bərpa edib.

Modern.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ kəşfiyyatının dəyərləndirməsinə əsasən, İran Silahlı Qüvvələri əvvəlcədən gözlənildiyindən daha sürətlə bərpa olunur.

CNN-in dörd mənbəyə istinadən yaydığı xəbərə görə, Tehran həm hərbi potensialını yenidən formalaşdırır, həm də bəzi dronların istehsalını bərpa edib.

ABŞ Prezidenti Donald Trump isə mayın 20-də bildirib ki, İran sülh sazişi ilə razılaşmasa, Vaşinqton Tehrana qarşı yeni hücumları davam etdirməyə hazırdır. Bununla belə, Tramp “düzgün cavab almaq” üçün ABŞ-nin bir neçə gün gözləyə biləcəyini də vurğulayıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı